Kirəmit seçimi

Niyə Kirəmit Damı Seçməlisiniz?

Kirəmit – əsrlər boyu sınaqdan keçmiş ən qədim dam örtüyü növüdür. Onun aristokratik görünüşü uzun xidmət müddəti ilə uğurla birləşir. Kirəmit damlar üçün heç bir hava şəraiti qorxulu deyil. Bu örtüklər əsasən azmərtəbəli binaların tikintisində istifadə olunur. Kirəmitdən hazırlanmış dam 100 ildən çox xidmət edə bilər və istifadə müddətində xüsusi texniki qulluq tələb etmir. Onun ən əsas üstünlüklərindən biri yanğına davamlılığıdır.

Kirəmit dam örtüklərinin üstünlüklərinə aşağıdakılar daxildir:

  • Ekoloji üstünlüklər: Kirəmitlərin istehsalında əsasən təbii mənşəli xammallardan istifadə olunur.
  • İzolyasiya: Kirəmit dam örtükləri şaxtalı havalarda binanın daxilində istiliyi qoruyur, isti günlərdə sərinliyi təmin edir, həmçinin səs izolyasiyası yaradır.
  • Şaxtaya davamlılıq: Kirəmit dam örtükləri kəskin temperatur dəyişikliklərinə heç bir zədə almadan dözür.
  • Nəmə davamlılıq: Kirəmit minimal məsaməliyə malikdir, buna görə də demək olar ki, yağıntı sularını udmur və keçirmir.
  • Təmirə yararlılıq: Dam örtüyünün bir neçə elementi zədələnərsə, onun tamamilə dəyişdirilməsinə ehtiyac qalmır. Zədələnmiş hissələrin yerinə yeni kirəmitlər qoymaq kifayət edir.
  • Estetika: Müasir və ya ənənəvi zövqə uyğun zəngin modellər, rənglər və teksturalar mövcuddur. Bütün kirəmitlər avtomatlaşdırılmış avadanlıqlarda istehsal edildiyi üçün rənglərdə və profillərdə tam harmoniya əldə edilir.

Evlərin damına kirəmit düzərkən onlar aşağıdan yuxarıya doğru, daxili hissəsi yuxarıya baxacaq şəkildə sıralanır. Burada nəzərə alınmalı olan əsas məqam hissələrin bir-birinin üzərinə keçməsidir. Bu qayda gözlənilməzsə, birləşmə yerlərindən su sızacağı üçün damdan daim su damacaq.

Kirəmit damların keyfiyyətini və gözəlliyini itirməməsi üçün quraşdırma işini peşəkar ustalara və bu sahənin mütəxəssislərinə həvalə etmək lazımdır. İşin mürəkkəbliyi bir çox nüansla müəyyən edilir və peşəkar yanaşma xərclədiyiniz vəsaitin hədər getməsinin qarşısını alacaq.

“Kiramitchi” dam örtüklərindən əlavə, dama aid hər bir aksesuarla da sizi təmin edir. Eyni zamanda, usta xidmətimizdən yararlanaraq işinizi peşəkar komandamıza həvalə edə və heç bir əziyyət çəkmədən damınızı hazır şəkildə təhvil ala bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir