Kirəmit seçimi

Türkiyə Kirəmitlərini seçmək üçün səbəblər

Kiramitchi olaraq, dünyanın böyük hissəsində mövcud, Türkiyə  bazarında lider olan dam örtüklərini və məhsullarını sizlərə təqdim edirik. Geniş çeşidli məhsullar və alternativ həllərlə damlarınıza uzunmüddətli xidmət edərək, yüksək texnologiyalardan istifadədə keyfiyyətin davamlılığını təmin etməyə hazırıq. 

 Soyuq və isti iqlim şəraitinə qarşı, illərlə dam örtüklərini güvənlə qoruyaraq özünü isbatlaması da kirəmitin ən önəmli xüsusiyyətlərindəndir.

Kiramitchi Türk memarlığının ənənələrini əks etdirən kirəmitləridə təqdim edir. Dam evin ən vacib memarlıq komponentidir, buna görə də Türkiyədə damlarının əksəriyyəti əsrlər boyu davamlılığını qoruyub saxlayır. Zamanla daha da gücünü artıraraq və antik dövrün unikal nəcib görünüşünü əldə edən təbii plitələrdən istifadə etməklə hazırlanır. 

Türkiyə kirəmitlərinin alınma səbəbləri ;

– Təbii və uzun ömürlü olmasının yanı sıra yanğına, rüzgara, dona davamlı su keçirməyən yüksək müqavimətli məhsullar olmasıdır.

– Məhsulun üstün xüsusiyyətləri – asan tətbiq, çatdırılma, əmək və qiymət qənaəti baxımından üstünlüklüdür. Klassik ölçülü kirəmitlərdən vizual olaraq daha cəlbedicidir.

– Yüksək kenetlənmə gücü və üstün qoruma xüsusiyyəti ilə əlverişsiz hava şəraitindən narahat olmayın və rahat yaşayın.

– Kiramitchi təbiətdən və dünyadan ilhamlanan, hətta bizə tanış olduğumuz yerləri xatırladan mükəmməllikçi və yaradıcı dam həllərini təklif edir.

Xüsusi tekstura və müxtəlif rənglərə sahib olan Türkiyə  kirəmitləri damlarda bənzərsiz və gözəl mənzərələr yaradaraq hər zaman bir addım daha önə çıxır.

Türkiyə kiremitlərin rənglənməsi, kökləri qədim sivilizasiyalara dayanan və bu sivilizasiyalarda ayrıca bir sənət kimi inkişaf edən çox xüsusi bir texnika olan engop texnikası ilə həyata keçirilir.

Kirəmitlər orta əsrə aid olmasına baxmayaraq, həmdə müasir dam dizaynını xatırladır. Sement və kvars qumunun qarışığından hazırlanan Türkiyə kirəmit  modelləri  həm xaricdən həm daxildən boyandığına görə xidmət etdiyi müddət ərzində öz orjinal rəngini saxlayır.

Sağlamlığa zərəri olmayan, ekoloji təmiz, növ müxtəlifliyi ilə seçilən Türkiyə  kiremitləri damınız üçün ən uyğun seçimdir.

Kiramitchi ”, Bakı, Nərimanov r-nu,Heydər Əliyev pr. 125

Əlaqə + 994 50 333 01 08

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir