FAQ

Sizlərdən gələn suallar

Kirəmitlər hansı ölkənin istehsalıdır?

Kiramitchi olaraq müştərilərimizə Türkiyə, Almaniya, İspaniya və eyni zamanda yerli istehsal kirəmitlərini təklif edirik. İstər yerli, istərsə də xarici istehsal kirəmitlərimizə 30 ilə qədər zəmanət veririk.

Bir kv.m-ə neçə kirəmit yerləşir?

Bu rəqəm kirəmitin ölçü və növünə görə dəyişir. Ümumi ortalama bir rəqəm götürsək 1 kv.m-ə 9-15 arası kirəmit yerləşir. Əsasən Azərbaycan kirəmitlərində bu rəqəm 10-12, Türkiyə kirəmirlərində 11-15, Avropa kirəmitlərində 9-11 olaraq dəyişir.

Bir kirəmitin çəkisi nə qədər olur?

Çəki kirəmitin markasına görə dəyişir. Ümumi olaraq cavablasaq bir kirəmitin çəkisi ortalama 2.1 kq-dan 4.9 kq-a qədər dəyişə bilir.

Kirəmit necə vurulmalıdır?

Kirəmit vurulma qaydası əsasən 2 üsulla aparılır. Sizə hər ikisini təqdim edirik.

 

1-ci üsul

Ana tirlərin üzərinə osb bərkidildikdən sonra onun üzərinə hidroizolyasiya çəkilir. Ardıyca isə şaquli və üfiqi istiqamətdə taxta qəfəsləmə ilə baza tamamlanır. Son mərhələdə isə kirəmitlər düzülməyə başlayır. Paralel olaraq da kirəmit aksesuarları lazımı yerlərdə istifadə olunur.

2ci üsul

ana tir üzərinə bir başa taxta qəfəsləmə işləndikdən sonra üzərinə  izolin çəkilir. Ardıyca isə  kirəmit və aksesarları düzülərək dam hazır vəziyyətə gətirilir.

Kirəmit qiyməti necə hesablanır? Ədəd ilə yoxsa kv.m ilə?

Əgər say az deyilsə (təmir üçün əsasən 5-10 ədəd) qiymət kvadrat metrlə hesablanır

Məhsullara necə baxa bilərəm?

Məhsullara həm veb saytımızdan online şəkildə, həm də birbaşa şourumumuza yaxınlaşaraq yerində baxa bilərsiniz. Şourumumuz Qafqaz Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. 

Kirəmit üzrə mütəxəssislərimiz sizin bütün suallarınızı cavablamağa hazırdırlar

Sifarişin çatdırılma müddəti nə qədərdir?

Kirəmitin çatdırılma müddəti seçdiyiniz məhsula görə dəyişir. Məhsul hazırda anbarımızda mövcuddursa 3 iş günü ərzində, deyilsə təxminən 2 həftə ərzində ünvanınıza çatdırılır. Bu müddəti nəzərə alaraqsifarişi öncədən etməyiniz xahiş olunur

Usta xidmətini də sizdən ala bilərəmmi?

"Kiramitchi" sizə yalnız kirəmit deyil, bununla yanaşı damın akesuarlarını, izolyasiya materiallarını, taxta qəfəsləməsini və peşəkar usta xidmətini təklif edir. Kirəmit metal dam örtüyündən fərqlənir. Onun quraşdırılmasını mütləq işinin peşəkarına həvalə etmək lazımdır.

Niyə "Kiramitchi"dən almalıyam?

"Kiramitchi" Avropanın Braas, Türkiyənin Başak, Azərbaycanın Sultan kirəmit markalarının birbaşa rəsmi satış nümayəndəsidir. Siz Kiramitchidən birbaşa qiymət əldə edib ən sərfəli qiymətə kirəmit ala bilərsiniz. 

 

Bundan əlavə komandamızın peşəkarlığı sizin işlərinizi daha da asanlaşdıracaq. Qiymət hesablamasından tutmuş quraşdırılmaya qədər bütün xidmətləri əhatə edən heyətimiz əlavə məsləhətləri ilə sizə daha faydalı olmaq üçün çalışır.

Necə sifariş edə bilərəm?

Bizə sizə tövsiyəmiz şourumumuza yaxınlaşmaqdır. Siz burada həm kirəmitlərə yerində baxa, həm də peşəkar komandamızdan lazımı məlumatları əldə edə bilərsiniz. Damınızın ölçüsünə uyğun qiymət hesablayıb sizə yekun təklifi verdikdən sonra kirəmit seçimi edilir. Siz eyni zamanda sifarişə, aksesuarlar, taxta qəfəsləmə, izolyasiya materialları və işçiliyi daxil edə bilərsiniz.

Ünvanımız Qafqaz Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

BİZİMLƏ ƏLAQƏ

Suallarınızı cavablamağa hazırıq