Uncategorised

Kiramitchi Baku Build Qarabağ Sərgisində

Kiramitchi komandasi Oktyabrın 19-21-si tarixində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2023) tarixində “Kiramitchi” olaraq bu sərgidə öz yerimizi aldıq.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

 Qeyd edək ki, “Başak” kirəmitlərinin sərgiləndiyi stendimizdə yeni Laçın kirəmitlərimizin təqdimatını keçirdik. Eyni zamanda Şamaxi,  Quba  , Qəbələ bölgələrimizdə layihələrə imza atılmışdır.

2004 -cü ildə “Kiramitchi” şirkətinin təmsil etdiyi Türkiyə markası olan  “Başak Kiremit” 1968-ci ildə fəaliyyətə başlamış, 20 ildi Azərbaycan bazarında öz liderliyini qorumuşdur.

Sərgi zamanı bir çox rəsmi qonaqlar ,sahibkarlar və digər iştirakçılar stendimizi ziyarət etmiş, məhsullar ilə yaxından tanış olmuşdur.

Bildirək ki, Kirəmit sektorunun lider şirkətlərindən olan “Kiramitchi” tikinti sahəsində öz keyfiyyəti və peşəkarlığı ilə tanınır. Müştərilərin zövq və ehtiyaclarına uyğun dam örtüklərini təmin etmək bizim əsas məqsədimizdir.

“Kiramitchi” olaraq, dünyanın böyük hissəsində mövcud, Avropa bazarında lider olan dam örtüklərini və məhsullarını sizlərə təqdim edirik. Geniş çeşidli məhsullar və alternativ həllərlə damlarınıza uzunmüddətli xidmət edərək, yüksək texnologiyalardan istifadədə keyfiyyətin davamlılığını təmin etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir