19, 20 və 21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2023) sərgisində “Kiramitchi” olaraq biz də yerimizi aldıq. Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, həmçinin investisiya qoyuluşunu təşviq etməkdir.
Qeyd edək ki, “Başak” kirəmitlərinin sərgiləndiyi stendimizdə yeni “Laçın” kirəmitlərimizin təqdimatını keçirdik. Eyni zamanda, şirkətimiz tərəfindən son dövrlərdə Şamaxı, Quba və Qəbələ bölgələrində də yeni layihələrə imza atılmışdır.
2004-cü ildən “Kiramitchi” şirkətinin təmsil etdiyi Türkiyə markası olan “Başak Kiremit” 1968-ci ildə fəaliyyətə başlamış və artıq 20 ildir ki, Azərbaycan bazarında öz liderliyini qoruyur. Sərgi zamanı bir çox rəsmi qonaqlar, sahibkarlar və digər iştirakçılar stendimizi ziyarət edərək məhsullarımızla yaxından tanış olmuşdular.
Bildirək ki, kirəmit sektorunun liderlərindən olan “Kiramitchi” tikinti sahəsində öz keyfiyyəti və peşəkarlığı ilə tanınır. Müştərilərin zövq və ehtiyaclarına uyğun dam örtüklərini təmin etmək bizim əsas məqsədimizdir.
“Kiramitchi” olaraq, dünyanın böyük hissəsində istifadə olunan və Avropa bazarında lider olan dam örtüklərini sizlərə təqdim edirik. Geniş çeşidli məhsullar və alternativ həllərlə damlarınıza uzunmüddətli xidmət edərək, yüksək texnologiyaların tətbiqi ilə keyfiyyətin davamlılığını təmin etməyə hazırıq.