“Kirəmit alarkən nələrə fikir verməliyik” sualı bu həftə sosial media hesabımızda ən çox səs toplayan sorğu oldu. Biz də bu dəfəki bloqumuzu məhz bu suala ayırdıq. Kirəmitlər tərkibinə, istehsal şəraitinə, bişmə dərəcələrinə görə növlərə ayrılır. İstər Avropa kirəmitləri, istər Türkiyə kirəmitləri, istərsə də Azərbaycan kirəmitləri yuxarıda sadalanan amillərə görə müxtəlif kateqoriyalara, seriyalara bölünür. Bu dəfəki bloqumuzda növündən, seriyasından asılı olmayaraq istənilən kirəmiti alarkən nəzərə alınmalı vacib məqamları sıraladıq.
1. Kirəmit materialının seçimi
Kirəmitlər adətən beton, gil və ya sink kimi materiallardan hazırlanır. İstifadənizdən, damınızın yamacından və yaşadığınız ərazinin iqlim şəraitindən asılı olaraq düzgün material seçmək ən vacib şərtlərdəndir.. Məsələn, gil kirəmitlər estetik baxımdan arzuolunan bir seçim olsa da, yaşadğınız əraziyə görə beton tərkibli kirəmitlər dayanıqlıq və sərfəlilik baxımından sizə daha uyğun ola bilər.
2. Kirəmitin keyfiyyəti
Keyfiyyətli kirəmitlər damınızın uzun müddət xidmət göstərməsini təmin edir. Keyfiyyətli kirəmit qiymətdə fərqli olsa da bu fərq baha demək deyil. Əmin ola bilərsiniz ki, cuz və keyfiyyətsiz kirəmit sizə daha baha başa gəlir. Kirəmit alarkən keyfiyyət sertifikatı tələb edin. Bu sizin dam örtüyünüzün zəmanəti deməkdir.
3. Kirəmitin stili və dizaynı
Kirəmitlərin estetik baxımdan uyğun olması vacibdir. Damınızın üslubuna uyğun və məkanınıza yaxud binanınıza estetik dəyər qatan bir seçim etməlisiniz. Burada müxtəli rəng və formalar arasında seçim etməli olursunuz. Barselona, Praqa kimi şəhərlər kirəmitlə ümumi şəhərlərinin görünüşünü dəyişiblər. Ümumiyyətlə kirəmit tarixi qədim zamanlara dayanır. Bu və digər kirəmit barədə maraqlı yazılarımızı bloq səhifəmizdən tapa bilərsiniz.
4. İqlim şəraiti
Yaşadığınız bölgənin iqlim şəraiti seçdiyiniz kirəmitə bilavasitə təsir edir. Məsələn, isti və günəşli iqlimdə yaşayanlar UV şüalarına davamlı olan kirəmitlərə üstünlük verməlidirlər. Soyuq iqlim şəraitində yaşayan şəxslər isə soyuğa davamlı kirəmitlərdən istifadə etməlidirlər.
5. Quraşdırma və texniki qulluq rahatlığı
Kirəmitlərin quraşdırılması və saxlanması da seçim zamanı vacib amillərdən biridir. Beləki asanlıqla quraşdırıla bilməsi və lazım olduqda asanlıqla təmir edilə bilməsi vacib bir amildir. Eyni zamanda, kirəmitlərin müntəzəm olaraq təmizlənməsi lazım olduğunu unutmayın.
6. Büdcə
Təbii ki, bir məhsulun seçimində vacib amillərdən biri də büdcədir. Keyfiyyətli kirəmitlər adətən daha baha başa gəlir, buna görə də büdcənizə uyğun variantları araşdırmalısınız. Bununla belə, nəzərə alın ki, aşağı qiymətli variantlar uzun müddətdə daha çox texniki xidmət və təmir tələb edə bilər. Buna görə də yuxarıda yazdığımız kimi ucuz kirəmit sizə baha başa gəlməsin deyə keyfiyyətə önəm verin
7. Kirəmitin çəkisi
Kirəmit dam örtüklərinin çəkisi damınızın daşıya biləcəyi yükə uyğun olmalıdır. Damınızın quruluşu və dayanıqlığı haqqında əvvəlcədən bilməli və kirəmit seçərkən damın daşıma qabiliyyətini nəzərə almalısınız. Həddindən artıq ağır kirəmit dam örtüyü damın zədələnməsinə və ya çökməsinə səbəb ola bilər.
8. Suya və nəmə davamlılıq
Seçdiyiniz kirəmitin suya və nəmə davamlı olması vacibdir. Damınızın su izolyasiyasını təmin etmək üçün suya davamlı xüsusiyyətlərə malik kirəmitlər seçməlisiniz. Bu kirəmitlər yağışlı havada damınıza suyun sızmasının qarşısını alacaqdır.
9. Yanğına davamlılıq
Kirəmitlərin yanğına davamlılığı evinizin təhlükəsizliyini artırır. Yanğına davamlı kirəmitlərə üstünlük vermək yanğın zamanı sizin təhlükəsizliyinizi təmin edir. Ötən bloqumuzda Londondakı “Böyük Yanğın” hadisəsi haqqında yazmışdıq. 1966-cı ildə baş vermiş hadisədən “sağ” çıxan evlər kirəmit örtüklü evlər idi.
10. Zəmanət və satış sonrası xidmətlər
Kirəmit dam örtüklərinin zəmanət müddəti və istehsalçının təklif etdiyi satış sonrası xidmətlər də mühüm faktordur. Uzun zəmanət müddəti olan dam örtükləri potensial problemlərdən daha çox qorunma təmin edir. Bundan əlavə, istehsalçı və ya satıcı tərəfindən təklif olunan texniki dəstək və texniki xidmətlər nəzərə alınmalıdır.
11. Peşəkarlardan məsləhət
Kirəmit dam örtüklərinin alınması və quraşdırılması üzrə mütəxəssis olan dam ustasından məsləhət almaq vacibdir. İxtisaslı, peşəkar usta düzgün kirəmit seçmək, düzgün quraşdırma və texniki xidmət göstərməkdə sizə köməklik edə bilər. Bu da öz növbəsində gələcək xərclərin qarşısını alır. Komandamız bu barədə sizin ən yaxşı məsləhətçiniz olacaq.
Kirəmit alarkən diqqət yetirməli olan bu 11 maddəni ümumiləşdirsək məsələnin kökündə məhsul seçərkən materialın keyfiyyəti, dizaynı, iqlim şəraiti, quraşdırma və təmir asanlığı və büdcə kimi amilləri nəzərə almaq dayanır. Düzgün kirəmit dam örtüyü seçmək damınızın davamlılığını artırır, evinizin görünüşünü gözəlləşdirir və uzun müddətdə xərclərə qənaət edir.
İllərdir müştəri tələbləri, problemləri, ehtiyacları üzərində işləyən Kiramitchi sizə istər kirəmit, istərsə də kirəmit aksesuarları seçimlərində köməklik edərək ən yaxşı təklifi verir. Gallco Group olaraq Tez House layihəmizdə də müştərilərimiz əsasən kirəmit dam örtüyünə üstünlük verirlər.
Əlaqə hissəsindən bizə yazaraq şourumumuza yaxınlaşa bilərsiniz. Təcrübəli əməkdaşlarımız sizə seçiminizdə köməklik edəcək.