Kirəmit seçimi

Dam Örtüyündə Kirəmitin Vacibliyi

Kirəmit dünyanın ən qədim dam örtüyü materialıdır. O, həm qədimliyi, həm də keyfiyyəti ilə bu gün tikintidə ən çox istifadə olunan materiallardan biri hesab olunur. Kirəmit dam örtüyü evi eyni zamanda həm güclü və davamlı, həm də zərif göstərmək qabiliyyətinə malikdir.

Kirəmitin istehsal prosesi bir neçə əsas mərhələdən ibarətdir: gil əvvəlcə formalaşdırılır, qurudulur, üzərinə xüsusi örtük çəkilir və təqribən 180°C – 1000°C temperaturda xüsusi sobalarda bişirilir.

“Kiramitchi” müasir rəngləmə texnologiyaları vasitəsilə ən zəngin rəng çalarlarını müştərilərə təqdim edir. Kirəmitin üst örtüyü onun xidmət müddətinə birbaşa təsir etməsə də, binanın xarici görünüşünü əhəmiyyətli dərəcədə gözəlləşdirir. Rənglərin geniş çeşidinə əlavə olaraq, kirəmit həm də forma və modellər üzrə zəngin seçim imkanına malikdir.

Kirəmit 100 ildən çox istismar müddəti olan ən davamlı dam örtüyü növüdür. O; yanğına, aqressiv mühitə, şaxtaya və günəş şüalarına qarşı son dərəcə dözümlüdür, eyni zamanda yüksək səs izolyasiyası təmin edir. Keyfiyyətli kirəmiti fərqləndirən əsas meyarlardan biri yüksək sıxlıq və aşağı məsaməlilikdir (məsamələrin əsasən qapalı olması vacibdir).

Bu gün kirəmitin iki əsas növü istehsal olunur: təbii gildən hazırlanan keramika və sement-qum qarışığından əldə edilən beton növü. Kirəmitli dam örtüyünün quraşdırılması qaydaları bölgənin iqlim şəraitindən asılı olaraq dəyişə bilər.

Təmirə ehtiyac duymadan keyfiyyətli kirəmitin xidmət müddəti 100 ildən artıqdır. Bununla yanaşı, bu müddət ərzində material öz dekorativ xüsusiyyətlərini tam qoruyub saxlayır. O, odadavamlıdır; ultrabənövşəyi şüalara, turşulu yağışlara, kəskin temperatur dəyişikliklərinə və digər mənfi iqlim amillərinə qarşı tam dayanıqlıdır. Həmçinin, aşağı istilikkeçiriciliyinə malik olması, səsudma və statik gərginliyi toplamamaq xüsusiyyətləri ilə tanınır. Məhz bu üstünlüklərinə görə Almaniya dam örtüyü bazarının 80%-ni kirəmit təşkil edir.

“Kiramitchi” Avropa memarlığının ənənələrini əks etdirən kirəmit modellərini təqdim edir. Dam evin ən vacib memarlıq komponentidir, buna görə də Avropada damların əksəriyyəti əsrlər boyu öz funksionallığını qoruyub saxlayır. Bu damlar zaman keçdikcə daha da möhkəmlənən və unikal, nəfis görünüş qazanan təbii materiallardan istifadə olunmaqla quraşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir