2007-ci ildə klassik alman düsturu üzrə mövcud olan istehsal əsasında , mühəndis və sahibkar Sultanhəmid Hacıyev istehsal qüsurları olmadan, əl əməyini və insan faktorunu minimuma endirməklə, istehsal müddətinin azaldılması ilə plastik gil istehsalı üçün tamamilə yeni texnologiya yaratmağı qərara aldı. Həmin ərəfədə dünya keramika sənayesində belə bir texnologiya mövcud deyildi, ayrı-ayrı qurutma və bişirmə mərhələlərinə əsaslanan 19-cu əsr texnologiyası istifadə olunurdu. Qurudulmuş məhsullar hərəkətli platformalarda, yığınlarda toplanır, daha sonra hissə-hissə son bişmə üçün sobaya göndərilirdi. İnnovativ həllərlə bizi eyni zamanda dünyada təmsil edən, Avropa, Türkiyə kirəmitlərindən keyfiyyətdə geri qalmayan yerli Sultan kirəmitlə əməkdaşlıqdan qürur duyuruq.
Praqa
Ölçülər – 24×40,5 cm
Satış – 15 ədəd
Ağırlıq – 3000 qr
Müqavimət – 400 Kgf
Yerli kirəmit markası Sultan kirəmit istehsalı olan Praqa kirəmitləri öz sərt cizgi və forması ilə qədimliyi əks elətdirir. Suya, oda, istiyə, şaxtaya olan davamlılığı Praqanı kirəmit bazarında rəqabətli edən əsas amillərdəndir. 3000 qram ağırlığı olan bu kirəmitləri öz rəng xüsusiyyətləri ilə seçilir. Belə ki, Praqa kiremitleri həm düz, həm ikili rəng çalarları ilə evinizin damını bəzəyəcək
Brend |
Sultan Ceramic |
---|
Description